EN

"Bank Respublika" Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb

Bakı. Trend:

"Bank Respublika" "Bank və sığorta sahəsi üzrəməşğulluğun inkişafına verdiyi töhfəyə görə" xüsusi mükafata layiqgörülüb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX)“Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və dataəsaslı qərarlar” mövzusunda forum keçirilib.

Forum çərçivəsində vergi sistemində müasir idarəetməyanaşmaları, rəqəmsal həllərin tətbiqi və data əsaslı qərarverməmexanizmləri müzakirə olunub. Bununla yanaşı, vergiqanunvericiliyində baş verən dəyişikliklər və vergiinzibatçılığında tətbiq olunan yeni yanaşmalar iştirakçılara təqdimedilib.

Forumda, müxtəlif nominasiyalar üzrə fərqlənən vergiödəyicilərinə xüsusi sertifikatlar təqdim olunub. "BankRespublika", Azərbaycan bank və sığorta sahəsindəki peşəkarinkişafı və məşğulluğun artırılmasına verdiyi əvəzsiz töhfələrəgörə "Bank və sığorta sahəsi üzrə məşğulluğun inkişafına verdiyitöhfəyə görə" xüsusi mükafata layiq görülüb.

Mükafat, Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziriMikayıl Cabbarov və Milli Məclisinin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov tərəfindən “BankRespublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimova təqdimolunub.

Bu mükafat "Bank Respublika"nın əmək bazarında yüksək ixtisaslımütəxəssislərin yetişdirilməsi, insan kapitalının inkişafı vəsektorda uzunmüddətli məşğulluğun təmin edilməsi istiqamətindəhəyata keçirdiyi fəaliyyətlərin yüksək qiymətləndirilməsiningöstəricisidir.

Chosen
81
10
az.trend.az

10Sources