EN

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarından sosial demokratlarla birlikdə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalan Rəsulzadə 1909-cu ildə İrana mühacirət edib və burada “İrane-nou” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. Məşrutə inqilabı yatırıldıqdan sonra o, Türkiyəyə gedib.

1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilən Rəsulzadə 1915-ci ildə partiyanın Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski və digər liderlərlə birlikdə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib.

1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs olunan Rəsulzadə bir müddət sonra Stalinin göstərişi ilə Moskvaya aparılıb, lakin Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək xaricə üz tutub.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.

Chosen
94
16
anews.az

10Sources