EN

Həyatın yaşam sığortasına yatırımlar 2% artıb

Banco.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar ayında həyatın yaşam sığortası üzrə 53 milyon 793 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 2,1% və ya 1 milyon 92 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 11 milyon 112 min manat və ya 38,4% artaraq 40 milyon 48 min manata çatıb.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 52,7 milyon manata, ödənişlər isə 28,9 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
49
2
banco.az

5Sources