EN

Səssiz başlayan təhlükə: körpələrdə pnevmoniyanı necə vaxtında tanımalı?

Bakı.Trend:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiyaİnstitutunun neonatoloqu Sevinc Yusubova ilə yenidoğulmuşlardapnevmoniya mövzusunda müsahibə hazırlayıb.

Trend müsahibəni təqdim edir:

- Yenidoğulmuşlarda pnevmoniya nədir və niyə bu xəstəlikxüsusi təhlükə yaradır?

- Yenidoğulmuşlarda pnevmoniya — həyatın ilk 28 günü ərzindəyaranan ağciyərlərin infeksion-iltihabi xəstəliyidir. Bu dövrdəuşağın immun sistemi hələ tam formalaşmadığı üçün orqanizmininfeksiyalara qarşı müqaviməti çox zəif olur. Ağciyərlər də taminkişaf etmədiyinə görə, tənəffüs sistemi böyüklərlə müqayisədədaha həssasdır. İnfeksiya ağciyər toxumasını tez zədələyə və normalqaz mübadiləsini poza bilər.

Yenidoğulmuşlarda pnevmoniya çox vaxt qəfil başlayır və sürətləinkişaf edir. Xəstəliyin ilkin mərhələsində simptomlar zəif ifadəoluna bilər ki, bu da erkən diaqnozu çətinləşdirir. Vaxtındaaşkarlanmadıqda infeksiya qana keçərək sepsisə səbəb ola bilər. Buvəziyyət isə uşağın həyatı üçün birbaşa təhlükə yaradır.

Pnevmoniya xüsusilə vaxtından əvvəl doğulmuş və az çəkiliuşaqlarda daha ağır keçir. Çünki onların həm ağciyərləri, həm dəimmun sistemi daha zəif və yetkinləşməmiş olur. Statistikməlumatlara görə, neonatal dövrdə baş verən ölüm hallarınınəhəmiyyətli bir hissəsi məhz infeksiyalar, o cümlədən pnevmoniyailə bağlıdır. Buna görə də bu xəstəlik həm həkimlər, həm dəvalideynlər tərəfindən xüsusi diqqət tələb edir.

- Yenidoğulmuşların ağciyərləri niyə infeksiyaya dahahəssasdır və onlarda pnevmoniya necə inkişaf edir?

- Yenidoğulmuşların ağciyərləri struktur və funksional baxımdantam formalaşmamış olur. Ağciyərlərdə alveolların sayı vəelastikliyi böyüklərlə müqayisədə azdır. Nəfəs alma zamanıalveolların açıq qalmasına kömək edən qoruyucu maddə kifayət qədərsintez olunmur. Bu isə ağciyərlərin tez çökməsinə və iltihabiprosesin daha asan yayılmasına şərait yaradır.

Yenidoğulmuşlarda öskürək və bəlğəmi xaric etmə refleksi zəifinkişaf edib. Nəticədə, mikroblar və maye ağciyərlərdə daha uzunmüddət qalır. Ağciyərləri təmizləyən müdafiə mexanizmləri yetərincəeffektiv deyil. Bundan əlavə, yenidoğulmuşların tənəffüs yollarıdar olduğu üçün hətta cüzi iltihab belə ciddi nəfəs problemlərinəsəbəb ola bilər. Bütün bu amillər pnevmoniyanın yenidoğulmuşlardadaha tez yayılmasına və ağır keçməsinə şərait yaradır. Bu səbəbdənneonatal dövrdə hər bir nəfəs pozuntusu diqqətləqiymətləndirilməlidir.

Pnevmoniya zamanı mikroblar ağciyər toxumasına daxil olaraqiltihabi proses yaradır. Ağciyərlər iltihabi maye ilə dolur. Bumaye oksigenin qana keçməsinə ciddi maneə yaradır. Nəticədəkörpənin qanında oksigen səviyyəsi azalır və karbon qazı yığılmağabaşlayır. Oksigen çatışmazlığı bütün orqanlara təsir göstərir.Beyin, ürək və digər həyati orqanlar oksigensiz qalır. Bu körpəninümumi vəziyyətinin sürətlə pisləşməsinə səbəb olur. Eyni zamanda,iltihabi maddələr qan dövranına keçərək bütün bədəndə iltihabireaksiya yaradır. Bu proses davam etdikcə respirator asidoz, qandövranı pozğunluğu və çoxorqanlı çatışmazlıq inkişaf edə bilər.Məhz buna görə, neonatal pnevmoniya təkcə ağciyər xəstəliyi deyil,bütün orqanizmi əhatə edən ciddi vəziyyət kimiqiymətləndirilir.

- Yenidoğulmuşlarda pnevmoniya nə vaxt yaranır və hansıformalarda müşahidə olunur?

- Yenidoğulmuşlarda pnevmoniya yaranma vaxtına görə iki əsasformada müşahidə olunur: erkən və gec başlayan. Erkən başlayanpnevmoniya adətən həyatın ilk 72 saatında, yəni doğuşdan dərhalsonra üzə çıxır. Bu forma çox vaxt anadan körpəyə keçən infeksiyanəticəsində inkişaf edir. Mikroblar doğuşdan əvvəl və ya doğuşmüddətində yaranan komplikasiyalar zamanı körpənin orqanizminədaxil ola bilər.

Erkən başlayan pnevmoniya çox vaxt sepsis fonunda inkişaf edirvə körpənin vəziyyəti sürətlə ağırlaşa bilər. Bu mərhələdə körpədətənəffüs pozğunluqları, oksigen çatışmazlığı və ümumi zəiflikmüşahidə olunur. Həkimlərin tez müdaxiləsi və ilkin antibiotikmüalicəsi çox vacibdir, çünki gecikmə həyati riskləri artırır.

Gec başlayan pnevmoniya isə həyatın üçüncü günündən sonrameydana çıxır və əsasən xəstəxana şəraitində uzunmüddətli müalicəalan körpələrdə görülür. Bu formaya invaziv prosedurlar, sünitənəffüs aparatına qoşulma, kateter və ya digər xəstəxanacihazlarının istifadəsi səbəb ola bilər. Gec başlayan pnevmoniyaadətən daha uzun və mürəkkəb müalicə tələb edir.

Prematür körpələr və immun sistemi zəif olan uşaqlar həm erkən,həm də gec başlayan pnevmoniya üçün yüksək risk qrupuna daxildir.Bu səbəbdən neonatal intensiv terapiya şöbəsində xəstələrin daimnəzarətdə saxlanması vacibdir. Erkən və gec başlayanpnevmoniyaların simptomları oxşar olsa da, yaranma səbəbi vəmüalicə strategiyası fərqlidir. Valideynlər və tibb işçiləri üçünmühüm göstəricilər arasında sürətli nəfəs alma, tənəffüs əlamətlərivə qidalanma pozğunluğu ilk sıralardadır. Hər bir respirator vəümumi vəziyyət dəyişməsi ciddi qiymətləndirilməli və müalicəyədərhal başlanmalıdır.

- Yenidoğulmuşlarda pnevmoniyanın əsas səbəbləri vəkliniki əlamətləri hansılardır?

- Yenidoğulmuşlarda pnevmoniyanın yaranmasının əsas səbəbləribakterial və viral infeksiyalardır. Bəzi bakteriyalar, məsələn,“Group B Streptococcus”, “Escherichia coli” və “Staphylococcusaureus” körpələr üçün xüsusi təhlükə daşıyır. Viruslar isə ağciyərtoxumasına zədələyici təsir göstərərək tənəffüs yollarınıniltihabına səbəb olur və xəstəliyin inkişafını sürətləndirir.

Uzunmüddətli antibiotik müalicəsi alan körpələrdə isə göbələkinfeksiyalarının yaranma riski artır. Bu, xüsusilə xəstəxanaşəraitində uzun müddət qalan və ciddi xəstəliklər keçirən körpələrüçün aktualdır. Aspirasiya, yəni ağciyərlərə maye və ya bədənmöhtəviyyatının düşməsi, pnevmoniyanın digər mühüm səbəbidir.Məsələn, doğuş zamanı döl suyunun və ya mekoniumun aspirasiyaolunması ağciyərlərdə kimyəvi və mexaniki zədələnmə yaradır vəinfeksiyanın inkişafına şərait yaradır. Bundan əlavə, mədəmöhtəviyyatının tənəffüs yollarına keçməsi də infeksiya riskiniartırır. Bu hallar ağciyər toxumasında iltihabi prosesin sürətləyayılmasına səbəb olur. Prematür körpələrdə bu risk daha yüksəkdir,çünki onların ağciyərləri tam inkişaf etməyib və müdafiəmexanizmləri zəifdir. Klinik əlamətlər çox vaxt qeyri-spesifik olurvə digər neonatal xəstəliklərlə qarışdırıla bilər. Ən erkən vədiqqət çəkən əlamətlərdən biri sürətli və səthi nəfəs almadır.Nəfəs alarkən burun qanadlarının hərəkəti və döş qəfəsinin içəriçəkilməsi tənəffüsün çətinləşdiyini göstərir. Nəfəs verərkəneşidilən inləmə səsləri və dəridə göyərmə oksigen çatışmazlığınınəlamətləridir. Bəzi körpələrdə apnoe epizodları, yəni nəfəsinmüvəqqəti dayanması müşahidə olunur ki, bu da həyati risk yaradır.Digər əlamətlərə qidalanma pozğunluğu, zəif hərəkət və ümumiletargiya daxildir. Bütün bu əlamətlər hər bir neonatoloq vəvalideyn üçün ciddi siqnaldır. Hər hansı respirator dəyişiklik vəya qeyri-adi davranış dərhal qiymətləndirilməli və təcili tibbimüdaxilə təmin edilməlidir. Bu, xəstəliyin ağırlaşmasının qarşısınıalmaqda həyati əhəmiyyət kəsb edir.

- Xəstəlik körpənin ümumi vəziyyətinə necə təsiredir?

- Yenidoğulmuşlarda pnevmoniya zamanı körpənin ümumi vəziyyətiqısa müddət ərzində nəzərəçarpacaq dərəcədə pisləşir. Ən erkəndəyişikliklərdən biri körpənin əvvəlki aktivliyini itirməsi,süstləşməsi və ətraf mühitə reaksiyasının azalmasıdır. Körpə səsə,toxunuşa və valideynin yaxınlığına əvvəlki kimi cavab verməyəbilər. Bu hal mərkəzi sinir sisteminin oksigen çatışmazlığınahəssas reaksiya verməsi ilə əlaqədardır.

Xəstəlik zamanı qidalanma prosesi ciddi şəkildə pozulur.Körpənin əmmək refleksi zəifləyir, əmərkən tez yorulur və qısamüddətdən sonra süd qəbulunu dayandırır. Bəzi hallarda isə körpətamamilə qidalanmadan imtina edir ki, bu da bədənin enerjiehtiyacının ödənilməməsinə və vəziyyətin daha da ağırlaşmasınasəbəb olur. Qidalanma pozğunluğu eyni zamanda susuzlaşma riskini dəartırır.

Bədən temperaturunun qeyri-sabit olması pnevmoniyanın mühüməlamətlərindən biridir. Körpədə həm yüksək hərarət, həm də normadanaşağı temperatur müşahidə oluna bilər. Xüsusilə aşağı temperaturinfeksiyanın ağır gedişinə işarə edə bilər və valideynlərtərəfindən bəzən yanlış olaraq təhlükəsiz hal kimiqiymətləndirilir. Halbuki, bu vəziyyət təcili tibbi qiymətləndirmətələb edir.

Ürək-damar sistemi də infeksiyadan təsirlənir. Ürək döyüntülərisürətlənə və ya əksinə, yavaşıya bilər. Bu dəyişikliklər bədəninoksigen çatışmazlığına və iltihabi prosesə verdiyi reaksiyanıngöstəricisidir. Dəri solğun, bəzən boz rəngdə görünə bilər, əllərvə ayaqlar soyuq olur. Bu, periferik qan dövranının zəiflədiyini vəhəyati orqanların qorunması üçün qan axınının yenidən paylandığınıgöstərir.

Bütün bu əlamətlər infeksiyanın yalnız ağciyərlərləməhdudlaşmadığını, bütün orqanizmə yayıldığını göstərir. Bumərhələdə gecikmiş tibbi müdaxilə körpənin həyatı üçün ciddi riskyarada bilər və təcili müalicə zəruridir.

- Yenidoğulmuşlarda pnevmoniya necə diaqnozolunur?

- Yenidoğulmuşlarda pnevmoniyanın diaqnozu yalnız bir əlamətəəsaslanmır və hərtərəfli qiymətləndirmə tələb edir. İlk olaraqhəkim körpənin klinik vəziyyətini diqqətlə dəyərləndirir. Körpəninnəfəs almasının sürəti, nəfəs zamanı döş qəfəsinin hərəkəti,dərinin rəngi və ümumi davranışı mühüm diaqnostik əhəmiyyətdaşıyır. Sürətli, səthi və ya çətin nəfəs alma pnevmoniyaya işarəedə bilər.

Laborator müayinələr diaqnozun təsdiqlənməsində mühüm roloynayır. Qan analizlərində infeksiyanın mövcudluğunu göstərəndəyişikliklər aşkarlana bilər. İltihabi göstəricilərin yüksəlməsiorqanizmdə aktiv infeksion prosesin getdiyini göstərir. Buanalizlər həmçinin xəstəliyin ağırlıq dərəcəsininqiymətləndirilməsinə kömək edir.

Qan qazlarının analizi körpənin orqanizmində oksigen və karbonqazı balansını göstərir. Müayinə vasitəsilə oksigen çatışmazlığı,tənəffüs pozğunluqları və asidoz kimi vəziyyətlər vaxtındaaşkarlana bilər. Bu məlumatlar müalicə taktikasının seçilməsindəhəlledici rol oynayır.

Mikrobioloji müayinələr də diaqnoz üçün vacibdir. Qan vətənəffüs yollarından götürülən nümunələr infeksiyanın törədicisinimüəyyən etməyə imkan verir. Bu isə, daha məqsədyönlü müalicəninaparılmasına şərait yaradır. Ağciyər rentgen müayinəsi ağciyərlərdəiltihabi sahələri, konsolidasiya və digər dəyişikliklərigöstərir.

Son illərdə ağciyər ultrasəs müayinəsi də geniş tətbiq olunur.Bu üsul şüalanma vermədiyindən, xüsusilə yenidoğulmuşlar üçüntəhlükəsiz hesab olunur və xəstəliyin gedişini izləməkdəfaydalıdır.

- Yenidoğulmuşlarda pnevmoniya necə müalicəolunur?

- Yenidoğulmuşlarda pnevmoniya diaqnozu qoyulan kimi müalicədərhal başlanmalıdır. Müalicənin gecikdirilməsi xəstəliyin sürətləağırlaşmasına səbəb ola bilər. İlkin mərhələdə əsas müalicəinfeksiyaya qarşı antibiotiklərin verilməsindən ibarətdir. Çox vaxtinfeksiyanın konkret törədicisi məlum olmadan empirik müalicəyəbaşlanılır və sonradan analiz nəticələrinə uyğun olaraq dərmanlardəqiqləşdirilir.

Dəstəkləyici müalicə pnevmoniyanın idarə olunmasında çoxvacibdir. Körpənin orqanizminə kifayət qədər oksigen çatdırılmasıəsas məqsədlərdən biridir. Bu məqsədlə, oksigenoterapiya tətbiqolunur. Nəfəs çatışmazlığı dərin olduqda CPAP və ya süni tənəffüsaparatlarından istifadə edilə bilər. Bu üsullar ağciyərlərin açıqqalmasına və oksigen mübadiləsinin yaxşılaşmasına kömək edir.

Maye və elektrolit balansının qorunması da müalicənin mühümhissəsidir. Qidalanma pozulduğu üçün körpənin maye ehtiyacıvenadaxili yolla ödənilə bilər. Eyni zamanda bədən temperaturununstabil saxlanılması üçün körpə termonevtral mühitdə yerləşdirilir.Bu, əlavə enerji itkisinin qarşısını alır və sağalma prosesinisürətləndirir.

Əgər pnevmoniyanın səbəbi virus və ya göbələk infeksiyasıdırsa,müvafiq antiviral və ya antifungal preparatlar təyin olunur.Müalicə prosesi ərzində körpənin vəziyyəti daim nəzarətdəsaxlanılır, analizlər təkrar qiymətləndirilir və müalicə planızərurət olduqda dəyişdirilir. Bu kompleks yanaşma pnevmoniyanınuğurla müalicə olunmasının əsas şərtidir.

- Pnevmoniyanın nəticəsi və uzunmüddətli təsirlərinələrdir?

- Yenidoğulmuşlarda pnevmoniyanın nəticəsi bir çox amildənasılıdır və hər körpədə eyni şəkildə özünü göstərmir. Proqnoz ilknövbədə körpənin gestasiya yaşına, yəni hamiləliyin neçə həftəsindədoğulmasına və doğum zamanı çəkisinə bağlıdır. Vaxtında, yənixəstəlik erkən mərhələdə aşkar edildikdə və müalicə düzgün şəkildəaparıldıqda əksər körpələr tam sağalır və uzunmüddətli fəsadlarmüşahidə olunmur.

Vaxtında diaqnoz qoyulan və kompleks müalicə alan körpələrdəağciyər toxuması tədricən bərpa olunur, tənəffüs funksiyasınormallaşır və körpə yaşına uyğun inkişafını davam etdirir. Buuşaqlarda sonradan əlavə tənəffüs problemlərinin yaranma ehtimalınisbətən aşağı olur. Müalicə sonrası həkim nəzarətində aparılanmüntəzəm müayinələr sağalmanın tam baş verdiyini təsdiqləməyə imkanverir.

Lakin prematür, yəni vaxtından əvvəl doğulan körpələrdə vəziyyətdaha fərqli ola bilər. Bu körpələrin ağciyərləri tam inkişafetmədiyi üçün pnevmoniya ağciyər toxumasına daha ciddi təsirgöstərə bilər. Prematür körpələrdə bronxopulmonar displazi adlananxroniki ağciyər xəstəliyinin yaranma riski yüksəkdir. Bu vəziyyətuzun müddət oksigenə ehtiyac, tez-tez tənəffüs infeksiyaları vənəfəs darlığı ilə müşayiət oluna bilər.

Uzunmüddətli təsirlər sırasında tez-tez xəstələnmə, fizikiyüklənmə zamanı tez yorulma və bəzən tənəffüsün səthi qalmasımüşahidə edilə bilər. Buna görə də, pnevmoniya keçirmiş, xüsusiləprematür doğulmuş uşaqlar uzun müddət pediatr və neonatoloqnəzarətində saxlanmalıdır. Müntəzəm müayinələr gələcəkdə yaranabiləcək problemlərin erkən aşkarlanmasına kömək edir.

Erkən tibbi müdaxilə, düzgün seçilmiş müalicə və müalicədənsonrakı nəzarət pnevmoniyanın uzunmüddətli fəsadlarının qarşısınınalınmasında həlledici rol oynayır. Bu yanaşma körpənin sağlamgələcək inkişafı üçün əsas şərtdir.

- Sonda oxuculara bu xəstəliklə bağlı nə deməkistərdiz?

- Yenidoğulmuşlarda pnevmoniya yüksək risk daşıyan və diqqətliyanaşma tələb edən ciddi bir xəstəlikdir. Xəstəlik vaxtında aşkarolunmadıqda və müalicə gecikdirildikdə ağırlaşmalar və həyatirisklər yarana bilər. Lakin müasir tibbi imkanlar və düzgün təşkilolunmuş müalicə sayəsində bu xəstəlik uğurla idarə oluna bilir.

Erkən diaqnoz, məqsədyönlü dərman müalicəsi və dəstəkləyicitədbirlərin birlikdə aparılması müsbət nəticə əldə etməyin əsasınıtəşkil edir. Həkim nəzarətinin davamlı olması, laborator vəinstrumental müayinələrin düzgün və vaxtında icrası xəstəliyingedişinin izlənməsi baxımından böyük əhəmiyyət daşıyır.

Valideynlərin məlumatlı olması, körpədə baş verən ən kiçikdəyişikliklərə belə diqqət yetirməsi və şübhəli hallarda dərhalhəkimə müraciət etməsi körpənin həyatını xilas edə bilər. Unutmaqolmaz ki, pnevmoniya ilə mübarizədə ən güclü silah erkən müdaxiləvə düzgün tibbi yanaşmadır.

Səssiz
Chosen
67
4
az.trend.az

5Sources