EN

Gənc istedadların “Qızıl kitab”ına daxil edilənlərə təqaüd verilməsi gənclərin inkişafına töhfə verəcək

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az-a göndərdiyi açıqlamada bildirib ki, ölkəmizdə elm, təhsil, idman və mədəniyyət sahələrində xüsusi istedadı ilə seçilən gənclər çoxdur və onların fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir. Onun sözlərinə görə, hər bir dövlətin gələcəyə münasibəti gənclərə göstərilən diqqət və qayğı ilə ölçülür.

K.Quliyeva qeyd edib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və bu sahədə bir sıra vacib proqram və strategiyalar qəbul edilib. O, “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə Dövlət Proqramı”, “Xaricdə təhsil üzrə Dövlət Proqramı” və “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın gənclərin inkişafında mühüm rol oynadığını vurğulayıb.

İctimai birlik sədri bildirib ki, ölkədə gənclər təşkilatlarına göstərilən dövlət dəstəyi də gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Hazırda Azərbaycanda yüzlərlə gənclər təşkilatı, eləcə də ali təhsil müəssisələrində çoxsaylı tələbə gənclər təşkilatları fəaliyyət göstərir.

K.Quliyeva əlavə edib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, iqtisadi və sosial həyatında fəal iştirak edir və dövlət tərəfindən yaradılan geniş imkanlar nəticəsində cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Onun fikrincə, Prezidentin imzaladığı sərəncam gənc istedadların fəallığının artırılmasına, orta və ali təhsil müəssisələrində təhsil alan gənclərin hərtərəfli inkişafına, elmi və yaradıcılıq potensialının daha da güclənməsinə mühüm töhfə verəcək.

Zəhra Ağayeva

Chosen
36
qht.az

1Sources