Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və İqtisadi və Sosial İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçiriləcək İqtisadiyyat müsabiqəsi üzrə məktəb mərhələsinə başlanılır. Müsabiqədə 755 ümumi təhsil müəssisəsi qeydiyyatdan keçib.
Newscenter.az xəbər verir ki, yarış Azərbaycan, rus və ingilis dillərində təşkil olunur. Layihə çərçivəsində şagirdlərin iqtisadi anlayışlar və mexanizmlər üzrə biliklərinin möhkəmləndirilməsi, qərarvermə bacarıqlarının formalaşdırılması hədəflənir.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər üçün məktəb mərhələsi 9–13 mart tarixlərində onlayn formada həyata keçiriləcək.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlər arasında iqtisadi savadlılığın artırılması, iqtisadi biliklərin genişləndirilməsi, analitik düşüncə və praktik bacarıqların inkişaf etdirilməsidir.
RuhiyyÉ™ Mehdiyva