EN

Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb

Azərbvaycan və Moldova xarici işlər nazirlikləri arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb.

Musavat.com xəbər verir ki, sənədi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və moldovalı həmkarı Mixay Popşoi imzalayıb.

Sənəd iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan–Moldova tərəfdaşlığının inkişaf etdirilməsi öhdəliyinin bir daha təsdiqi kimi qiymətləndirilir.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında görüş başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

 

 

Chosen
104
2
musavat.com

6Sources