EN

Sumqayıtda 31 yaşlı qadın qətlə yetirildi

Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Tarix: 6 Mart 2026, 12:17   
Chosen
71
4
pravda.az

10Sources