EN

Keyn ilə danışıqlar başladı

Harri Keynin hazırkı komandasında daha uzun müddət oynamaq şansı var.

"Football-plus.az" xəbər verir ki, “Bavariya” rəhbərliyi 32 yaşlı hücumçu ilə müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlara başlayıb. Tərəflər artıq əlaqə saxlayır və potensial yeni müqavilənin maliyyə şərtlərini müzakirə edirlər.

İngiltərəli hücumçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. Keyn “Bavariya”ya 2023-cü ilin yayında qoşulub. O, bu mövsüm bütün yarışlarda 36 oyuna çıxıb, 44 qol vurub və 5 məhsuldar ötürmə edib.

Chosen
93
1
football-plus.az

2Sources