EN

Xəzər rayonunda “Albalılıq elektrik avtobus deposu” istifadəyə verilib

“BakuBus” MMC tərəfindən paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində “Albalılıq elektrik avtobus deposu” istifadəyə verilib.

Bu barədə Publika.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, 4,3 hektar ərazini əhatə edən yeni avtobus parkının tikintisinə 2025-ci ilin iyul ayında başlanılıb. Parkın ərazisində inzibati bina, müasir yuma kompleksi, təmir mərkəzi fəaliyyət göstərir. Depoda 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd “BYD” markalı tam elektrik mühərrikli avtobusa xidmət göstəriləcək.

Avtobusların 48 ədədi 77, 102 ədədi isə 81 nəfərlik sərnişin tutumuna malikdir. Nəqliyyat vasitələrinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə 42 ədəd 240 kVt gücünə malik enerjidoldurma cihazı quraşdırılıb. Sözügedən avadanlıq həddindən artıq gərginlik, cərəyan, faza itkisi və digər risklərə qarşı çoxsaylı mühafizə funksiyaları ilə təchiz edilib.

Yeni avtobuslar 8 qəsəbə və 1 kənd üzrə – Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa, Ramana və Nardaran qəsəbələri, eləcə də Məmmədli kəndini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirəcək.

Chosen
67
7
publika.az

10Sources