Yüksək səviyyəli hücumçu əldə etməyi hədəfləyən “Fənərbağça” üç əsas oyunçunu hədəfə alıb.
Msport.az xəbər verir ki, “sarı-göylər” “Barselona” ilə müqaviləsini uzatmayan Robert Levandovski, hələ “Yuventus”la müqavilə imzalamayan Duşan Vlahoviç və “Əl-Hilal” tərəfindən kənarda saxlanılan Darvin Nunyesin vəziyyətini diqqətlə izləyir.
Bildirilir ki, klubun prezidenti Sadettin Saranın mayda keçiriləcək konqresdə yenidən seçilib-seçilməməsindən asılı olmayaraq, əsas hücumçu ilə bağlı müqaviləni yekunlaşdırmağı və son qərarı növbəti administrasiyaya buraxmamağı planlaşdırır.