EN

Xaçmazda “Zəfər ruhlu Azərbaycan qadını” adlı tədbir keçirilib – FOTOLAR

Xaçmaz rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Zəfər ruhlu Azərbaycan qadını” adlı təntənəli tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid anaları, şəhidlərimizin həyat yoldaşları və qız övladları, həmçinin müxtəlif sahələrdə çalışan fəal qadınlar iştirak ediblər.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyevin əlamətdar günlərdə zəhmətkeş qadınlarla görüşlərinə dair videoçarx nümayiş etdirilib.
Tədbirdə şəhid analarına, şəhidlərimizin həyat yoldaşlarına və qız övladlarına, eləcə də toplantıda iştirak edən bütün xanımlara gül dəstələri təqdim olunub. Həmçinin, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın “Təşəkkürnamə” ilə mükafatlandırılıb.
 
Chosen
90
7times.az

1Sources