EN

Xameneiyə sui-qəsdin yeni gizlinləri

İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrail xüsusi xidmət orqanlarının illərlə davam edən kəşfiyyat əməliyyatının nəticəsi olaraq öldürülüb. Hücum, Tehran və digər bölgələrdə eyni vaxtda həyata keçirilən və yalnız 60 saniyə çəkən qısa, lakin ölümcül dəqiqə ilə tamamlanıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı Xamenei ilə birlikdə İranın yüksək səviyyəli təhlükəsizlik rəhbərliyinin yeddi üzvü və ailəsindən təxminən on iki nəfər həyatını itirib.

Digər 40 yüksək vəzifəli lider də əməliyyatın qurbanı olub. İsrail hərbi rəsmiləri bu hadisəni “yüksək taktiki sürpriz” adlandırıb.

Verilən məlumatlardan belə aydın olur ki, Mossad və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) illərlə İran daxilində agent şəbəkələri qurub, Xameneyinin hərəkətlərini, ailəsinin gündəlik işlərini, görüşlərini izləyib. Keçmiş MKİ zabiti Reuel Geret bildirir ki, əməliyyatın uğuru yalnız texnologiya ilə deyil, həm də insan kəşfiyyatının səmərəli istifadəsi ilə təmin olunub. 


Picture

MKİ veteranları və kəşfiyyat analitikləri əməliyyatın strateji baxımdan riskli olduğunu vurğulayır. “Lideri öldürmək problemi həll etmir, sadəcə yenisini yaradırsan”, – deyə keçmiş agentlərdən biri bildirib. İsrail analitiki Yossi Melman əlavə edir: “Sui-qəsdlər həmişə mövcud problemi köklü həll etmir. HƏMAS və Hizbullah nümunəsi bunu göstərir”.

Xameneinin ölümü İranda ziddiyyətli hisslər doğurub. Vətəndaşlar kədər və yas saxlayır, digərləri isə onun getməsini siyasi fürsət kimi qiymətləndirir. Beyrutda keçirilən toplantılarda qadınlar və kişilər Xameneinin şəklini qaldıraraq yas tutublar. İsrail və ABŞ bu əməliyyatla İranın radikal rejimini sarsıtmaq niyyətindədir. Analitiklər bildirir ki, əməliyyat yalnız bir dəqiqə çəkib, amma illərlə davam edən kəşfiyyat, texnoloji resurslar və gizli şəbəkələrin məhsulu olub. Mossadın terrorizmlə mübarizə üzrə keçmiş rəhbəri Oded Ailam deyir: “Müasir döyüş meydanı artıq yalnız tank və təyyarələrlə müəyyən edilmir. İnformasiya, etibar və zaman bir dəqiqədə bütün bölgəni dəyişə bilər”.

E.Məmmədəliyev, 
Musavat.com

Chosen
67
musavat.com

1Sources