EN

Premyer Liqa nəhəngləri “Fulhem”in gənc müdafiəçisini istəyir

“Fulhem”in müdafiəçisi Samuel Amissa karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı futbolçu ilə “Çelsi”, “Arsenal” və “Mançester Yunayted” maraqlanır.

İngiltərəli oyunçunun “Fulhem”lə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. London təmsilçisi gənc müdafiəçini komandada saxlamaq üçün yeni müqavilə variantını da nəzərdən keçirir.

Qeyd edək ki, “Fulhem” hazırda İngiltərə Premyer Liqasında topladığı 40 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Chosen
118
idmanxeber.az

1Sources