EN

Paşinyanın deputatı iddialı danışdı: Çoxluq bizdə olacaq

Ermənistanda hakim partiya qarşıdakı seçkilərlə bağlı iddialı planlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası 2026-cı ildə keçiriləcək parlament seçkilərinin nəticəsində konstitusion çoxluq əldə etməyi planlaşdırır.

Bu barədə parlamentdə keçirilən ənənəvi brifinq zamanı hakim partiyadan olan deputat Arman Eqoyan bildirib.

Onun sözlərinə görə, dövlət qarşısında açılan yeni perspektivlərin reallaşdırılması üçün vətəndaşların “qəti və aydın səsi” tələb olunur.

Eqoyan qeyd edib ki, hakimiyyət 2021-ci ildə vətəndaşların verdiyi dəstək sayəsində sülh gündəliyini irəli aparıb və bu prosesi geri dönməz etmək üçün konstitusion çoxluğa ehtiyac var.

Musavat.com

Chosen
42
musavat.com

1Sources