EN

Türk Hava Yolları bəzi Yaxın Şərq ölkələrinə uçuşları dayandırıb

Türkiyənin Turkish Airlines (THY) aviaşirkəti bir sıra Yaxın Şərq ölkələrinə uçuşları müvəqqəti dayandırıb.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X" hesabında məlumat verib.

Nazirin sözlərinə görə, THY İran, İraq, Suriya, Livan və İordaniya istiqamətlərinə uçuşları martın 9-dək dayandırıb. Şirkətin İrana uçuşları isə martın 20-dək ləğv olunub.

Bundan başqa, Pegasus Airlines aviaşirkəti də İrana uçuşları martın 12-dək ləğv edib.

Nazir bildirib ki, regiondakı vəziyyətlə əlaqədar olaraq İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyanın hava məkanı (Aleppo şəhəri istisna olmaqla) bağlanıb. Onun sözlərinə görə, bəzi uçuşlar Oman, İordaniya və Səudiyyə Ərəbistanı istiqamətlərinə həyata keçirilir.

Ə.Uraloğlu əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri ərazisində də hava nəqliyyatı nəzarətdə saxlanılır və müəyyən məhdudiyyətlər tətbiq olunur.

Seyranə QuliyevaMissiya.Az

Chosen
130
missiya.az

1Sources