EN

"İran bütün regionu qarışdırmağa çalışır" -ŞƏRH

"Artıq Azərbaycana atılan dron açıqca mesaj vermiş olur ki, İran bütün regionu qarışdırmağa çalışır. Görünən budur. Düzdür, hələ bunun tam olaraq bilərəkdən edilibmi, yoxsa təxribatdırmı — hələ bununla bağlı əlimizdə rəsmi məlumat yoxdur. Amma görünən odur ki, Azərbaycana qarşı da artıq təxribat imkanları var".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi.

"Eyni zamanda digər ərəb ölkələrinə qarşı edilmiş hərəkət açıq-aşkar İranın “əgər mən batıramsa, qoy mənimlə bərabər bütün region ölkələri batsın” prinsipinə əsaslanır. Belə hallar regiona heç də müsbət mənada nəsə vermir, əksinə daha da ağır bir durum yarada bilər. Düşünürəm ki, hətta bu cür davam etsə, Avropa ölkələri də İrana qarşı müharibəyə yönəlsə, region ölkələri artıq buna hər hansı bir reaksiya göstərməyə bilər", - deyə siyasi şərhçi qeyd etdi.

Aytəkin TOFİQQIZI

Chosen
102
1
redaktor.az

2Sources