EN

Xameneyinin gizli bunkeri vuruldu

İsrail Müdafiə Qüvvələrinə (TSAXAL) məxsus 50 təyyarə Tehranın mərkəzində bir neçə məhəllə aralıda yerləşən gizli yeraltı sığınacağa 100-dən çox sursatdan istifadə edərək zərbə endirib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Jerusalim Post” İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb. 

Qeyd edilir ki, martın 6-da səhər İsrail Müdafiə Qüvvələrinin 8 200 və 9 900 saylı gizli bölmələri Ayətullah Əli Xameneyinin gizli yeraltı bunkerini məhv etmək üçün əsas kəşfiyyat məlumatlarını “TSAXAL”-a təqdim edib.

8 200 saylı bölmə İsrail Milli Təhlükəsizlik Agentliyi kimi fəaliyyət göstərir və xarici düşmənlərin rabitə və cihazlarını izləyir, dinləyir və onlara qarşı haker hücumu həyata keçirir. 9 900 saylı bölmə İsrailin vizual kəşfiyyat agentliyidir və hədəf obyektlərini peyk və digər kəşfiyyat görüntülərini qiymətləndirməklə məşğul olur. 

Bəyanatda deyilir ki, Xameneyi və digərlərinin böhranlar zamanı tez-tez ölkəni idarə etdiyi və İranın ən vacib komandanlıq mərkəzlərindən biri olan gizli yeraltı kompleksin çoxsaylı girişləri olub. 

İranın ali liderinin fevralın 28-də öldürülməsinə baxmayaraq, İsrail Müdafiə Qüvvələri bu vacib komandanlıq komponentini müharibənin idarə edilməsi üçün aktivlər siyahısından çıxarmaq istəyirdi.

Chosen
118
cebheinfo.az

1Sources