Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan vətəndaş, 1995-ci il təvəllüdlü Ramin Elşad oğlu Abdullayevin axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.