EN

Rusiya səfirliyinin nümayəndələri İranı Azərbaycan vasitəsilə tərk ediblər

İranda yerləşən Rusiya səfirliyinin nümayəndələri təxliyə olunublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfirliyin 3 əməkdaşı sərhədi keçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Chosen
67
38
azerbaijan-news.az

10Sources