EN

Gideon Saar: “İrana qarşı genişmiqyaslı hərbi əməliyyat başlamasaydı...”

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

“Əgər İsrail hərəkətə keçməsəydi, İran nüvə silahı əldə edəcəkdi”

“İrana qarşı genişmiqyaslı hərbi əməliyyat başlamasaydı, İslam Respublikası sonda nüvə silahı əldə edə bilərdi”. AYNA.AZ xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar “X” sosial media hesabında yazıb.

O Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə söhbətindən sonra yazıb: "Mən demişdim ki, əgər indi hərəkətə keçməsək, İran rejimi tezliklə nüvə proqramını yeraltında gizlədəcək və İranın Şimali Koreya kimi nüvə silahları olacaq".

Eyni zamanda, İsrail xarici işlər naziri Yaponiya ilə münasibətlərin gücləndirilməsinin vacibliyini qeyd edib. Diplomat vurğulayıb ki, "indi sıx ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün bir fürsət var".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
99
ayna.az

1Sources