Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Paytaxtın Qara-Qarayev prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 5-də saat 17:06 radələrində qeydə alınıb.
Videodan görünür ki, 77-YC-454 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobilin sürücüsü qəza işıqlarını yandıraraq yolayrıcında dayanıb. Nəticədə o, isola dönən nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb və uzun tıxaca səbəb olub. Xoşagəlməz vəziyyətlə qarşılaşan sürücülər siqnal verərək ona xəbərdarlıq ediblər. Daha sonra qayda pozan sürücü hərəkət etməyə başlayıb.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.