Bu gün Bakıda ukraynalı fotoqraf Aleksandr Qlyadelovun əsərlərindən ibarət “Ukraynaya Baxış – Ukrayna müstəqilliyinin qırılmış hekayəsi” adlı sərgi açılıb.
Aznews.az xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzünün dördüncü ildönümü münasibətilə Avropa və Fransanın Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan bu sərgidə Ukraynanın 1991-ci ildə müstəqillik qazanmasından başlayaraq bu günədək olan yaxın tarixinə təsirli vizual səyahət etmək olar.
Sərginin açılış mərasimində çıxış edən Fransanın Azərbaycandakı səfiri Sofi Laqutt bu tədbirin Ukrayna xalqı ilə həmrəyliyin nümunəsi olduğunu bildirib:
“Sərgi Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin fonunda burada – Bakıda Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirməyin bir yoludur. Bu, misilsiz cəsarət və dözümlülük göstərən bir xalqın hekayəsidir”, – səfir qeyd edib.
Səfir məşhur fransız yazıçısı Andre Jiddən sitat gətirərək incəsənətin müqavimət və mübarizədə rolunu vurğulayıb: