Bakı, 6 mart, AZƏRTAC
İlin əvvəlindən Qırğızıstandan 17 ton gül ixrac olunub.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın Su Ehtiyatları, Kənd Təsərrüfatı və Emal Sənayesi Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, güllər əsasən Rusiya, Qazaxıstan, Özbəkistan, Ermənistan və digər dövlətlərə ixrac olunur.
Qeyd olunur ki, hər il gül ixracının həcmi artır. 2024-cü ilin yekunlarına əsasən xaricə 13 milyon 49 min 405 ədəd gül göndərilib. 2025-ci ildə isə ixracın həcmi daha da artaraq 24 milyon 99 min 696 ədəd gül təşkil edib.
Bundan başqa, cari ilin yalnız ilk iki ayında Qırğızıstandan 17 ton, yəni 213 min 745 ədəd gül ixrac olunub. Bildirilir ki, ixrac olunan güllərin əsas hissəsini satın alan Özbəkistan əsas idxalçılardan birinə çevrilib.
Mütəxəssislərin sözlərinə görə, son illərdə ölkədə gülçülük sahəsi fəal inkişaf edir.