EN

İran ABŞ hədəflərinə zərbələr endirib

İran ordusu BƏƏ, Küveyt və İsrail Hərbi Hava Qüvvələrinin Sdot Micha bazasındakı ABŞ hədəflərinə kütləvi zərbələr endirib.

Ucnoqta.az bildirir ki, İran ordusunun mətbuat xidməti bu barədə məlumat verib.

Qeyd olunub ki, Hərbi Dəniz Qüvvələri ABŞ qoşunlarının yerləşdirilməsi məntəqələrinə və Əl-Minhad (Əbu-Dabi), Əl-Adiri düşərgəsindəki (Küveyt) bazalarına və sionist rejimin işğal olunmuş ərazilərindəki strateji Sdot Micha bazasındakı radar stansiyalarına qarşı kütləvi pilotsuz təyyarə hücumları dalğası həyata keçirib.

Chosen
94
8
ucnoqta.az

10Sources