EN

AFFA-da FİFA referilərinə vəsiqə və döş nişanları təqdim olundu

style='margin-bottom:10px;'>

AFFA-nın inzibati binasında 2026-cı ildə FİFA referiləri üçün vəsiqələr və döş nişanları təqdim olunub.

QOL.az xəbər veir ki, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Elçin Məmmədov, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və AFFA Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər.

Vəsiqə və döş nişanlarını hakimlərə təqdim edən Cahangir Fərəcullayev onları bu münasibətlə təbrik edib. O, Azərbaycan hakimlərinin beynəlxalq arenada ölkəni layiqincə təmsil edəcəyinə inandığını bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Bəhruz Teymurov hakimlər üçün nəzərdə tutulan yeni bonus proqramı barədə təqdimatla çıxış edib. O, AFFA İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmiş proqramın tətbiq mexanizmi barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, bonus proqramı iki əsas prinsip – dayanıqlılıq və kollektiv məsuliyyət üzərində qurulub. Yeni sistem hakimlərin fəaliyyətində peşəkarlığın artırılması, performansın stimullaşdırılması və daha uğurlu nəticələrin əldə olunmasına xidmət edəcək.

 
 
 
 
 

SəhifəninYuxarı
Chosen
47
1
teleqraf.com

8Sources