EN

Bakıda Braziliya səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü qeyd olundu

BAKI, 6 mart. TELEQRAF

Braziliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Braziliya və digər portuqaldilli (Luzofon) ölkələrin nümayəndələri, eləcə də Azərbaycan icması iştirak edib.

Mərasim çərçivəsində nümayiş etdirilən "O Casamento de Romeu e Julieta" (Romeo və Cülyettanın toyu) komediyası hər iki mədəniyyəti birləşdirən ortaq dəyərləri ön plana çıxarıb.

Tədbirdə çıxış edən Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz qadınların cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək bildirib:

"Bu gün biz qadınların ailələrimizdə, icmalarımızda və mədəniyyətlərimizdəki nailiyyətlərini, gücünü və potensialını qeyd edirik. Bu, həm də müxtəlif ölkələri birləşdirən dostluq, hörmət və münasibətləri bayram etmək məqamıdır. Nümayiş olunan film uzaq məsafədə yerləşən iki fərqli mədəniyyəti, hekayələrə, yumora və insani bağlara olan ortaq sevgi vasitəsilə bir araya gətirir”.

Səfir həmçinin qeyd edib ki, sevgi, gülüş və qarşılıqlı anlaşma bizə ən güclü inqilabları bəxş edir:

"Ümid edirəm ki, bu gecə həm də mədəni müxtəlifliyimiz və dostluğumuz üçün yeni imkanlar açacaq”.

Chosen
23
1
teleqraf.com

2Sources