EN

Azərbaycan qadını şərəfli tariximizin daşıyıcısı və gələcəyin qurucusudur

Azərbaycan qadını hər zaman həm tarixin, həm də cəmiyyətin canlı şahidi və qəhrəmanı olub. Qədim dövrlərdən başlayaraq qadınlarımızın igidliyi, vətənpərvərliyi və intellekti yalnız ailə dəyərləri ilə məhdudlaşmayıb. Savaş meydanlarından dövlət idarələrinə, elm və mədəniyyət zirvələrinə qədər uzanan yolda Azərbaycan qadını hər zaman liderlik nümunəsi göstərib. “Kitabi-Dədə Qorqud” dastanındakı qadın obrazlarından Möminə Xatun, Sara Xatun və Nüşabə kimi tarixi fiqurlar Azərbaycan qadınının cəsarət və müdriklik ənənəsini aydın şəkildə göstərir. Şərqdə qadınlara ilk dəfə seçib-seçilmək hüququnun tanınması, maarifçilik və milli dəyərlərə bağlılıq sahəsindəki töhfələr qadınlarımızın milli və mənəvi zənginliyini bir daha ortaya qoyur. Ümummilli lider Heydər Əliyevin qadın siyasətinə verdiyi önəm, Prezident İlham Əliyevin bu siyasəti müasir tələblərə uyğun inkişaf etdirməsi və Mehriban xanım Əliyevanın humanitar və diplomatik fəaliyyəti qadınlarımızın həm milli, həm də beynəlxalq səviyyədə nüfuzunu möhkəmləndirir. Qanunvericilik və institusional tədbirlər onların hüquqlarının qorunmasını təmin etməklə yanaşı qadınların cəmiyyətin bütün sahələrində aparıcı rol oynaya bilməsinə şərait yaradır.

Bu gün Azərbaycan qadını şərəfli tariximizin daşıyıcısı və gələcəyin qurucusudur. Onun zəkası, mənəviyyatı və fədakarlığı cəmiyyətin hər sahəsində görünür. Dövlət siyasəti, gender bərabərliyi təşəbbüsləri, sosial-iqtisadi proqramlar və beynəlxalq öhdəliklər qadınlarımızın həyatını zənginləşdirir, onların liderliyini və nüfuzunu artırır. İctimai, siyasi, iqtisadi və elmi-mədəni sahələrdə fəallığı Azərbaycan qadınını həm xalqına, həm də dünyaya nümunə göstərir. Tarixi irs və müasir uğurlar gələcək nəsillərə ilham verir, qadınlarımızın cəmiyyətin inkişafında oynayacağı rol üçün möhkəm zəmin yaradır.

İftixar hissi ilə qeyd edim ki, Azərbaycan qadını müdrik, yaradıcı, həm də lider olaraq xalqın və ölkənin dayağıdır. Onun fədakarlığı, zəngin daxili potensialı və yüksək mənəvi-intellektual dəyərləri gələcək nəsillərə ilham verir, cəmiyyətin bütün sahələrinə öz təsirini göstərir və Azərbaycanın uğur yolunu daha da parlaq edir. Qadınlarımızın fəaliyyəti örnəkdir, onlar gələcəyin işığını daşıyan parlaq simvoldur. 44 günlük Vətən müharibəsi və Qarabağın azad olunması göstərdi ki, qadınlarımız dövlətin dayağıdır. Onların tərbiyəsi və vətənpərvərlik ruhu övladlarını milli qələbə yolunda canlarını fəda etməyə hazırladı və qalib Azərbaycan oldu. Gələcəyin yolunu işıqlandıran qadınlarımız xalqımızın gücünü, birliyini və qürurunu bütün dünyaya nümayiş etdirir.  Biz haqlı olaraq qadınlarımızla fəxr edirik.

Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti

Chosen
21
1
xalqqazeti.az

2Sources