EN

“İran hakimiyyəti indidən bəhanə hazırlayır” – Azər Həsrət

"Mənə elə gəlir ki, İran rəsmilərinin bu cür fikirlər səsləndirməsi həmin dövlətin yaxın vaxtlarda həqiqətən də parçalanacağının əndişəsindən qaynaqlanır. Təbii ki, İran parçalanacağı və yeni müstəqil dövlətlər qurulacağı təqdirdə, xüsusilə də fars şovinistləri İran hakimiyyətindən hesab soracaqlar və bu hesabı sorarkən cavab vermək asan olmayacaq. Ona görə də düşünürəm ki, bunlar qabaqdan gəlmişlik edirlər. Yəni “biz qorumaq istəyirdik, ABŞ və İsrail birləşdilər, parçaladılar” və s. demək üçün zəmin hazırlayırlar. Yəni bu hadisə bizim iradəmizdən asılı olmayaraq baş verdi deyə bilsinlər deyə, indidən bu bəhanələri ortaya atıblar. Özlərini sığorta edirlər. Amma qorxunun əcələ faydası yoxdur. İranın başına gələcəklər mütləq gələcək".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, son günlər İran rəsmilərinin ABŞ-la danışıqlardan imtina etməsi və 1980–1988-ci illərdə baş vermiş İran–İraq müharibəsinə istinad etməsi regionda diqqətlə izlənilir. İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin müavini Məhəmməd Moxberin açıqlamaları Tehranın hazırkı geosiyasi vəziyyətə baxışını ortaya qoyur. ABŞ və İsraili İranı parçalamağa çalışmaqda ittiham edən bu bəyanatlar regionda təhlükəsizlik mühitinin daha da mürəkkəbləşdiyini göstərir. Bu ritorika yalnız siyasi bəyanat kimi deyil, həm də İranın daxili və xarici auditoriyaya göndərdiyi strateji mesaj kimi dəyərləndirilir.

Siyasi şərhçi qeyd edib ki, İran mövcud vəziyyətdən çıxa bilməyəcək.

Chosen
15
aznews.az

1Sources