EN

Yasaq eşq qalmaqalı: Trampın naziri vəzifəsindən uzaqlaşdırıldı

Sherg.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-də qalmaqallı hadisə baş verib. Ölkənin Daxili Təhlükəsizlik naziri Kristi Noem haqqında yayılan “qadağan olunmuş münasibət” iddiaları və fəaliyyət dövründəki mübahisəli qərarlardan sonra vəzifəsindən uzaqlaşdırılıb.

Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Noemin yerinə respublikaçı senator Markvayne Mullinin gətiriləcəyini açıqlayıb.

Məlumata görə, Noemin Trampın yaxın siyasi müşaviri Corey Levandovski ilə evlilikdənkənar münasibətdə olduğu barədə iddialar uzun müddətdir müzakirə olunurdu. Hər iki tərəf bu iddiaları təkzib edərək onları siyasi motivli şayiələr adlandırıb.

Noemin fəaliyyəti dövründə miqrantların kütləvi deportasiyası siyasəti, Minnesota ştatında keçirilən əməliyyatlar zamanı baş verən insidentlər və nazirlik üçün bahalı təyyarələrin alınması qərarı da ciddi tənqidlərə səbəb olmuşdu.

Bütün bu qalmaqallardan sonra Noemin vəzifədən ayrılacağı və başqa bir vəzifəyə - “Amerikaların qorunması üzrə xüsusi nümayəndə” postuna təyin olunacağı bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
sherg.az

1Sources