EN

Daşkənd Sankt Peterburq marşrutu üzrə avtobus reysi fəaliyyətə başlayıb

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sankt-Peterburq avtovağzalından Daşkəndə avtobus xidməti fəaliyyətə başlayıb. Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Sankt-Peterburq Nəqliyyat Komitəsinin mətbuat xidməti məlumat verib. Bildirilib ki, səyahət müddəti 69 saatdır.Avtobus Rusiyanın Maştakovo, Qazaxıstanın Sirim və Tajen sərhəd keçid məntəqələrində, eləcə də Qaraqalpaqstanın Davut-ota sərhəd keçid məntəqəsində dayanacaq. Reyslər müasir, böyük tutumlu avtobuslarla həyata keçiriləcək. Sərnişinlərin rahatlığı üçün avtobuslarda tualetlər, multimedia və iqlim nəzarəti sistemləri, eləcə də cihazları doldurmaq üçün fərdi konnektorlar olacaq.Reyslər həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Biletin qiyməti 1.200.000 sum olacaq.Anar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
131
newscenter.az

1Sources