Belarus prezidenti Aleksandr Lukaşenko “TikTok” hesabında şəxsi mesaj bölməsini bağlayıb.
Musavat.com xəbər verir ki, o, bir gün əvvəl 8 Mart münasibətilə qadınları təbrik etmiş və kiminsə onları incitdiyi halda ona “TikTok” vasitəsilə yazmağı tövsiyə etmişdi.
Sosial şəbəkə istifadəçiləri isə qısa müddətdə Lukaşenkoya çox sayda mesaj göndərildiyini və bu səbəbdən şəxsi mesajların bağlandığını ehtimal edirlər.
Musavat.com