Yaxın Şərqdə gərginlik daha da artır. İranın regionda ABŞ hərbi infrastrukturlarına qarşı yeni zərbələr endirdiyi barədə məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, yayılan məlumatlara görə, İranın ballistik raketi Səudiyyə Ərəbistanında yerləşən “Prince Sultan” aviabazasını hədəfə alıb. Bildirilir ki, bu baza ABŞ hərbi qüvvələrinin istifadə etdiyi əsas obyektlərdən biri hesab olunur.
Eyni zamanda, İran zərbələrinin nəticələri ilə bağlı Birləşmiş Ərəb Əmirliklərindən də məlumatlar yayılıb. Məlumata görə, ABŞ-nin THAAD hava hücumundan müdafiə sistemi yerləşdirilən bazaya endirilən zərbələrin nəticələri sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunub.
Musavat.com