EN

Trampın siyahısı – “Biz onların sağ qalmalarına çalışırıq”

“Düşünürəm ki, İranda yaxşı işlər görəcək bir neçə namizəd var. Biz onları nəzərdən keçirir və sağ qalmalarına çalışırıq”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Trampın İranda ali dini lider kimi hakimiyyətdə görmək istədiyi şəxslərin adları məlum olub. Bildirilir ki, İranın hazirki prezidenti Məsud Pezeşkian, İranın sabiq prezidenti, islahatçı qanadın qurucu isimlərindən biri, yəhudi elitası ilə yaxın əlaqələrə malik Məhəmməd Hatəmi, İranın sabiq prezidenti, islam inqilabının fəallarından sayılan Həsən Ruhani, hazırkı xarici işlər naziri Abbas Əraqçi və sabiq xarici işlər naziri, Rusiya və Çinə qarşı sərt mövqeyi ilə seçilən qərbyönümlü siyasətçi Cavad Zərifin adı çəkilir. Bu şəxslərin hər biri islahatçı qanada daxildir və SEPAH-ın dominantlığına qarşı mübarizə aparan şəxslər olublar.

Bu siyahıdakıların heç də hamısının dini rütbələrinin olmadığı məlumdur. Yayılan məlumata görə, ABŞ administrasiyası yeni ali dini liderin ya Həsən Ruhani, ya da Məhəmməd Hətəmi olmasına üstünlük verir. Tramp hesab edir ki, onlarla anlaşmaq mümkün ola bilər. /Musavat.com/

Chosen
30
1
nocomment.az

2Sources