EN

İranla münaqişə bir neçə həftə davam edəcək

Ajans.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Qeyd olunur ki, ABŞ ordusu hazırda İranın raket buraxılış qurğuları, anbarları və fabriklərinə zərbələr endirir. Rubionun sözlərinə görə, "hazırda ABŞ ilə İran rejimi arasında heç bir dialoq yoxdur" və "indi aparılan istənilən danışıqlar hərbi məqsədlərə çatmağa mane olacaq".

Dövlət katibi həm də ərəb həmkarlarına ABŞ-nin məqsədinin rejim dəyişikliyi olmadığını çatdırıb, eyni zamanda Vaşinqtonun ölkəyə başqa insanların rəhbərlik etməsini istədiyini açıq şəkildə bildirib.

Chosen
85
Ajans.az

1Sources