EN

Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib

Martın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə "Mənim oğlum qəhrəmandır!" layihəsi çərçivəsində müqəddəs Ramazan ayı və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.

Müqəddəs Ramazan ayına təsadüf edən tədbir çərçivəsində iftar süfrəsi açılıb.

Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan qəhrəman şəhidlərimizin anaları, ailə üzvləri iştirak ediblər.

Aznews.az xəbər verir ki, Leyla Əliyeva da şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib, onlarla həmsöhbət olub.

Tədbir torpaqlarımızın bütövlüyü uğrunda döyüşmüş qəhrəman şəhidlərimizin xatirəsinə ehtiramın, onların ailələrinə dövlət və cəmiyyət qayğısının ifadəsi olaraq keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaətindən, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının qəhrəmanlığından danışılıb, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub, Uca Yaradandan dünyada sülhün, ölkəmizdə əmin-amanlığın bərqərar olması dilənib.

Chosen
47
31
aznews.az

10Sources