EN

Bu, ciddi səhvdir, nəticəsi ağır olacaq Trampa xəbərdarlıq

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

İspaniyanın Baş naziri Pedro Sançez ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını ciddi səhv adlandırıb və bunun nəticələrinin ağır olacağını bildirib.

Globalinfo.az xəbər verir ki, Baş nazir mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, bu müharibə təkcə regiona deyil, bütün dünyaya təhlükəli nəticələr doğura bilər.

Onun sözlərinə görə, İspaniya hökuməti bu əməliyyatı düzgün addım hesab etmir.

“Bu müharibə son dərəcə böyük bir səhvdir və bədəlini hamımız ödəyəcəyik”, – deyə Sançez deyib.

Baş nazir əlavə edib ki, ölkədə aparılan son sosioloji sorğulara əsasən, İspaniya cəmiyyətinin böyük əksəriyyəti də rəsmi Madridin mövqeyini dəstəkləyir və İrana qarşı həyata keçirilən hərbi əməliyyatı “qanunsuz müdaxilə” hesab edir.

İrana qarşı hərbi əməliyyatların başlanmasından sonra Madrid ilə Vaşinqton arasında münasibətlərdə gərginlik də artıb. İspaniya hökuməti əvvəldən ABŞ və İsrailin İrana qarşı addımlarını tənqid edib.

Bundan əlavə, İspaniya hakimiyyəti ABŞ-ın ölkə ərazisində yerləşən hərbi bazalarından istifadə etməsi ehtimalına da etiraz bildirdiyini açıqlayıb.

Tramp isə vurğulayıb ki, ABŞ Silahlı Qüvvələri Madridin etirazına baxmayaraq, İrana qarşı əməliyyat zamanı İspaniyadakı hərbi bazalardan istifadə edə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
globalinfo.az

1Sources