EN

Qusarda intim video ilə şantaj: 26 yaşlı qadın həbs edildi

Qusar rayonunda 58 yaşlı kişini intim görüntülərlə şantaj edən qadın həbs olunub.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı məlumatı Lent.az yayıb.

Məlumata görə, 26 yaşlı qadın qeyri-rəsmi münasibətdə olduğu şəxsi intim video ilə şantaj edərək ondan 3500 manat pul tələb edib.

İttiham aktında qeyd olunur ki, Bakıda bioloji qida məhsulları satılan mağazada məsləhətçi işləyən 58 yaşlı Şükür Quliyev (ad və soyad şərtidir) Qusarda yerləşən kafelərin birində 26 yaşlı Günel Bağırova (soyad şərtidir) ilə tanış olub. Sonradan onlar arasında münasibət yaranıb və cütlük intim münasibətdə olub.

Hadisə zamanı qadın öz mobil telefonu ilə həmin münasibəti videoya çəkib. Kişi Qusardan ayrıldıqdan sonra isə Günel Bağırova həmin videonu ona göndərərək 3500 manat pul tələb edib.

Şükür Quliyev isə baş verənlərlə bağlı polisə müraciət edib. Şikayət əsasında keçirilən əməliyyat nəticəsində Günel Bağırova saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 17 yaşında ailə qurub, lakin 4 il sonra həyat yoldaşı vəfat edib. O, əvvəllər valideynləri ilə Quba rayonunda yaşasa da, sonradan onlarla münasibətləri pozulduğuna görə Qusara köçərək kafedə işləməyə başlayıb.

Zərərçəkən Şükür Quliyev isə məhkəmədə təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin hökmü ilə Günel Bağırova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Chosen
101
1
musavat.com

2Sources