EN

İranın səfiri bəzi suallarından yayındı - VİDEO

İran hücuma məruz qalandan sonra ABŞ və İsrailin bölgədəki hərbi bazalarını hədəf alıb və bu hücumları elan edərək həyata keçirib.

"Report" xəbər verir ki, bunu "Baku TV"yə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

"ABŞ-nin Səudiyyə Ərəbistandakı səfirliyi və Omandakı limana dron hücumunu İran təkzib edib" , - səfir bildirib.

Müsahibənin bu hissəsində jurnalist Turan İbrahimov səfirə Azərbaycan ictimaiyyəti üçün Naxçıvana hücum səbəbinin maraqlı olduğunu xatırladıb və onun dediyi şübhəli məqamların nədən ibarət olduğunu soruşub. Çünki "Arash" dronları yaxın məsafəli hücumlar zamanı daha effektiv olur və Azərbaycana İran ərazisindən daxil olub.

Səfir hərbçi olmadığını qabardaraq hərbi, texniki məsələləri şərh etməyib:

"Mənim missiyam başqadır, iki ölkə (İran və Azərbaycan – red.) arasında problem olanda tezliklə həll etməyə çalışıram. Siz "Arash" deyirsiniz, amma Azərbaycan tərəfdən aldığım məlumata görə, "Shahed" dronları olub".

İntervünün bu hissəsində T.İbrahimov İranın səfiri ilə razılaşmır və "Arash"ın texniki parametrlərini qabardaraq, bu dronların yaxın məsafələri atəşə tutması üçün nəzərdə tutulduğunu xatırladıb.

İranın səfiri isə Naxçıvana dron hücumu ilə bağlı guya hansısa şübhələrin olduğunu təkrarlayaraq cavabdan yayınıb.

Chosen
49
6
musavat.com

7Sources