EN

Zelenskinin Orbanla bağlı bəyanatından sonra Budapeştdə etiraz aksiyası keçirilib

BAKI, 7 mart. TELEQRAF

Macarıstanın paytaxtı Budapeştdə Ukrayna səfirliyi qarşısında minlərlə insan etiraz aksiyası keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "Ruptly" agentliyi məlumat yayıb.

Məlumata görə, aksiya Ukrayna Prezidenti Volodimir Zelenskinin Macarıstanın baş naziri Viktor Orbanın ünvanına səsləndirdiyi təhdid xarakterli bəyanatdan sonra baş tutub.

Bildirilib ki, Zelenski Orbanın Ukraynaya 90 milyard avro həcmində kredit ayrılması məsələsini bloklamağa davam edəcəyi halda onun əlaqə məlumatlarını Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinə verə biləcəyini bildirib.

Avropa Parlamentinin polşalı deputatı Eva Zayonçkovska-Hernik Zelenskinin Orbanla bağlı açıqlamasını pisləyərək onu “qanqster” adlandırıb.

Almaniyanın “Almaniya üçün Alternativ” partiyasının həmsədri Alisa Vaydel isə Zelenskinin Macarıstan və Slovakiya ilə bağlı davranışının suallar doğurduğunu bildirib.

Chosen
129
teleqraf.com

1Sources