EN

DTX SEPAH-ın Azərbaycanda terror planlarını ifşa edib -Video

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatlarının və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ yəhudiləri dini icmasının rəhbərlərindən biri və Aşkenazi sinaqoqu hədəf alınıb. Ölkə ərazisinə üç ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcıların zərəsizləşdirilərək digər şəxsə ötürülməsinin qarşısı alınıb. İran xüsusi xidmət orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, həmçinin onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat-axtarış tədbirləri təşkil edilib.

Məlum olub ki, İran İslam Respublikası vətəndaşları Rüstəmzadə Behnam Sahibali və Zankiyan Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb. İran İslam Respublikası vətəndaşı Zankiyan Yaser Rahimin tapşırığı ilə Səbail rayonu Şıx qəsəbəsi yaxınlığında qoyulmuş bir ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı içərisində obyektlərin, eyni zamanda, beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kiloqram 730 qram ağırlığında olan C-4 partlayıcı maddənin olduğu aşkarlanıb.

Oxuməni.az

Chosen
75
31
oxumeni.az

10Sources