EN

Britaniyada sorğu: 22 faiz ölkənin İranın vurulmasını qoşulmasını istəyib

BAKI, 7 mart. TELEQRAF

Böyük Britaniyada əhalinin yalnız kiçik bir hissəsi ölkənin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşulmasını dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə "BMG Research" şirkətinin "Daily Mail and General Trust" media qrupuna daxil olan “i” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində bildirilib.

Sorğuda iştirak edənlərin 22 faizi Londonun Vaşinqtona dəstək verərək İrana qarşı zərbələrə qoşulmasını dəstəklədiyini bildirib. Respondentlərin 47 faizi isə bu ideyaya qarşı çıxıb.

Bundan başqa, iştirakçıların 18 faizi bu məsələdə dəqiq mövqeyinin olmadığını, 13 faizi isə suala cavab verməkdə çətinlik çəkdiyini qeyd edib.

Sorğunun nəticələri göstərib ki, bu fonda Böyük Britaniyanın baş naziri Kir Starmerin reytinqində cüzi artım müşahidə olunub. O, beynəlxalq hüququn pozula biləcəyi ehtimalını əsas gətirərək ABŞ ilə birlikdə hərbi əməliyyatlara qoşulmaqdan imtina edib.

"BMG Research" şirkətinin nümayəndəsi Robert Strazers bildirib ki, Starmer hələ də kifayət qədər qeyri-populyar siyasətçi olaraq qalır, lakin onun İrana qarşı hərbi müdaxiləyə ehtiyatlı yanaşması cəmiyyətin əhəmiyyətli hissəsinin mövqeyi ilə üst-üstə düşür.

Chosen
13
teleqraf.com

1Sources