EN

SEPAH general Qaanini edam edib İDDİA

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İrqnlı general MOSSAD-a casusluqda ittiham olunub

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin sabiq komandanı, general İsmayıl Qaanini edam edib. AYNA.AZ xəbər verir ki, bu iddia ilə “The National” xəbər portalı çıxış edib.

Portalın məlumatına görə, İsmayıl Qaani İsrail kəşfiyyatına (MOSSAD) casusluq ittihamı ilə martın 4-də saxlanılıb. Martın 5-də isə edam edilib. 

Nə SEPAH, nə də İran rəsmi dairələri İsmayıl Qaaninin edamını təsdiqləyib.

Xatırladaq ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei və İranın 49 yüksəkvəzifəli rəsmisi 28 fevralda ABŞ ilə İsrailin birgə hücumu zamanı həlak olub. İsrail və ABŞ rəhbərliyi Xameneinin olduğu yerin koordinatlarını kəşfiyyat məlumatı əsasında əldə etdiklərini bildiriblər. Bundan sonra şübhə oxları Xameneinin və digər İran rəsmilərinin öldürüldüyü gün iclası hücumdan bir müddət öncə tərk edən Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaniyə çevrilib.

İsmayıl Qaani bundan əvvəl də müxtəlif illərdə iki dəfə (2024, 27 sentyabr – Hizbullah lideri Həsən Nəsrullah sui-qəsdi; 2025, 13-24 iyun - yüksəkrütbəli İran zabitlərinin və nüvə alimlərinin öldürüldüyü İsrail-İran müharibəsi) İsrail hücumlarından sağ çıxıb. İ.Qaaninin adı 2025-ci ildə də şübhəli kimi hallanıb. Lakin bu zaman MOSSAD İ.Qaaninin agenti olduğu iddiasını təkzib edib.

Xameneinin ölümündən sonra yayılan məlumatlarda isə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsrail agenti olması şübhəsinə əsasən İsmayıl Qaanini saxladığı bildirilirdi. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
107
18
ayna.az

10Sources