EN

ABŞ İsrailə 150 milyon dollarlıq silah satışını təsdiqlədi

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ Dövlət Departamenti İsrailə təcili hərbi yardım çərçivəsində təxminən 151,8 milyon dollar dəyərində silah satışını təsdiqləyib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, satış paketinə 12 min “BLU-110” hava bombası, həmçinin logistika və dəstək xidmətləri daxildir.

Dövlət katibi Marko Rubio bildirib ki, müqavilənin dərhal təsdiqlənməsi fövqəladə vəziyyət səbəbindən zəruridir və bu addım ABŞ-nin milli təhlükəsizliyinə töhfə verir. O qeyd edib ki, Konqresin mövqeyi bu hallarda tələb olunmur.

Rəsmi açıqlamada bildirilir ki, satış İsrailin mövcud və gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətini artırmaq və Yaxın Şərqdə regional balansı təmin etmək məqsədini daşıyır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
55
50
cebheinfo.az

10Sources