İran rejiminə qarşı çıxan bəzi vətəndaşların ölkədə fəaliyyət göstərən güc strukturlarının mövqeləri barədə məlumatları xarici tərəflərə ötürdüyü iddia olunur.
NOCOMMENT.az xəbər verir ki,Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu şəxslər əsasən İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı qüvvələrin yerləşdiyi yerlər barədə koordinatları paylaşırlar.
İddialara əsasən, rejimə qarşı olan iranlılar SEPAH və “Bəsic” qüvvələrinin yerləşdiyi mövqelər barədə məlumatları İsrailə və ABŞ Mərkəzi Komandanlığına ötürürlər.
Bildirilir ki, SEPAH kəşfiyyatı tərəfindən internetin dəfələrlə məhdudlaşdırılmasına baxmayaraq, ölkə vətəndaşları qısa müddətli internet bağlantısı imkanlarından istifadə edərək bu məlumatları ötürməyə çalışırlar.
Məlumatlarda qeyd olunur ki, ötürülən koordinatların məqsədi həmin qüvvələrin mövqelərinə mümkün zərbələrin endirilməsinə şərait yaratmaqdır. Bununla belə, yayılan məlumatların rəsmi mənbələr tərəfindən tam şəkildə təsdiqlənmədiyi də vurğulanır.
Sara
NOCOMMENT.az