EN

Pezeşkian Putinlə Naxçıvana dron hücumuyla bağlı danışıb Nə deyib?

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian Vladimir Putinlə telefon əlaqəsi saxlayıb. 

“AzPolitika” xəbər verir ki, İran Prezidentinin dəftərxanasının məlumatına görə, Pezişkian İranın Naxçıvana hücum etməsi ilə bağlı “iddiaları” təkzib edib.

Pezeşkian bu xəbərləri "qonşu ölkələr arasında qardaşlıq münasibətlərinə xələl gətirmək məqsədi ilə düşmənlər tərəfindən yayılan şayiələr" adlandırıb.

"İran qonşularına hücum etməyi planlaşdırmayıb və planlaşdırmır. Biz yalnız ərazi bütövlüyümüzü müdafiə etməyə çalışırıq", - deyə Prezident dəftərxanası Pezeşkiandan sitat gətirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti birmənalı şəkildə Naxçıvana PUA hücumunun İran tərəfindən törədildiyini bəyan edib, buna görə rəsmi üzürxahlıq verilməsini və bu terror aktını törədənlərin cəzalandırılmasını tələb edib. Bu mövzuda Azərbaycan deyil, Rusiya başçısına hesabat verən Pezeşkianın açıqalması isə onu göstərir ki, İrandakı rejim belə bir vəziyyətdə ləyaqətlə davranmaq əvəzinə, gözlə görünən faktı inkar etməkdə, irticaçı mövqeyini davam etdirməkdədir. 

Bu barədə politoloq Eıxan Şahinoğlu da sosial şəbəkə hesabında yazıb. 

"İran Prezidenti Məsud Pezeşkian azərbaycanlı həmkarı İlham Əliyevə zəng etmək əvəzinə, dünən rusiyalı həmkarı Vladimir Putin zəng edərək ölkəsinin Azərbaycana dron hücumu həyata keçirmədiyini bildirib. O bu hadisəni “düşmənlərin əməli” kimi qiymətləndirib. Demək, Məsud Pezeşkian Naxçıvana dron hücumuyla bağlı üzr istəmək və məsələni araşdırmaq əvəzinə təkzib yolunu seçib" - deyə o, bildirib.

Ekspert hesab edir ki, İran Prezidentinin “düşmənlərin əməlidir” iddiasının arxasında isə dron hücumunun ABŞ və ya İsrailin dayandığına işarə edilib: "Bu məntiqə görə, ABŞ və ya İsrail İran ərazisindən Naxçıvana dron hücumu həyata keçirib. Pezeşkian və onun kimi düşünənlərin bir başqa məntiqinə görə, ABŞ və İsrail İran üzərindən Azərbaycan ərazisinə ona görə dron hücumu həyata keçiriblər ki, iki ölkə arasındakı münasibətləri gərginləşdirsinlər. Elə bil bu illərdə Azərbaycana qarşı təxribatları həyata keçirənlər İranın güc strukturları olmayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat tədbirləri nəticəsində SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb. Bunun da arxasında ABŞ və İsrail dayanır?".

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
103
22
azpolitika.info

10Sources