EN

Rusların Putinə inamı azalıb Sorğunun nəticələri

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusların Vladimir Putinə inamı bu ilin fevral ayında 2022-ci ildə Ukraynada tammiqyaslı müharibənin başlamasından bəri ən aşağı səviyyəyə düşüb. Bunu hətta Rusiyadakı hökumətyönlü VTSIOM sorğu mərkəzi də etiraf edir.

“AzPolitika” xəbər verir ki, VTSIOM tərəfindən aparılan açıq sorğuya görə (respondentlər istənilən sayda siyasətçinin adını çəkə bilərlər), respondentlərin yalnız 32,1%-i mühüm dövlət məsələlərini həll etmək üçün kimə etibar etdikləri soruşulduqda Putinin adını çəkib. Bu rəqəm 2024-cü ilin mart ayında 48,8% idi. Belə görünür ki, həmin vaxtdan bəri Putinə etimad az qala yarıya qədər azalıb.

Putinə ictimai maraq rusdilli Vikipediya izləyicilərinin statistikasında da əks olunur. Putinin səhifə baxışları son bir ildə təxminən iki dəfə azalaraq 6,07 milyondan 3,7 milyona düşüb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
97
1
azpolitika.info

2Sources