EN

Əgər bu baş verərsə: Xəbərdarlıq edildi

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaxın Şərqdə artan geosiyasi gərginlik, Hörmüz boğazı boyunca risklər enerji bazarları və regional iqtisadiyyatlar üçün əhəmiyyətli qeyri-müəyyənliklər yaradır.

"Cebheinfo.az" xəbər verir ki, "Fitch Ratings" və "Goldman Sachs" tərəfindən aparılan təhlillər və qiymətləndirmələr boğazın bağlanmasının neft qiymətlərinə və Körfəz iqtisadiyyatlarına potensial təsirini ətraflı şəkildə izah edir.

Burada göstərilir ki, müvəqqəti bağlanma qəbul edilə bilər. Belə ki, "Fitch" qiymətləndirməsi boğazın bir aydan az müddətə bağlanacağı, enerji istehsalına və ya nəqliyyat infrastrukturuna ciddi ziyan dəyməyəcəyi fərziyyəsinə əsaslandırır. 

Lakin hesabatda qeyd olunur ki, bu fərziyyələr gerçəkləşməsə, risklər əhəmiyyətli dərəcədə arta bilər.Digər bir proqnoz isə belədir ki, bir aylıq bağlanma qiymətləri 15 dollar artıra bilər. "Goldman Sachs"-a görə, İran böhranından sonra neft bazarında bir barel üçün təxminən 14 dollar risk imkanı yaranıb.

Boğaz bir ay ərzində tamamilə bağlanarsa və alternativ marşrutlardan istifadə edilməzsə, neft qiymətlərinin bir barel üçün təxminən 15 dollar arta biləcəyi təxmin edilir. 

"Goldman Sachs"-a görə, qlobal ehtiyat boru kəməri tutumu (təxminən 4 milyon barel/gün) işə salınarsa, qiymət artımı təxminən 12 dollar ətrafında qala bilər. Strateji neft ehtiyatlarının aktivləşdirilməsi artımı daha da məhdudlaşdıra bilər.

Qeyd edilir ki, tanker müşayiəti praktik olaraq çətindir. "Goldman Sachs"-ın Qlobal Əmtəə Tədqiqatları üzrə həmsədri Samanta Dartın sözlərinə görə, ABŞ-ın tankerləri hərbi gəmilərlə qorumaq planı nəzəri cəhətdən mümkün olsa da, boğazdan keçən tankerlərin sayının çox olması səbəbindən ciddi praktik çətinliklər yaradır.

Ən həssas ölkələrə gəldikdə isə "Fitch"-in məlumatlarına görə, Bəhreyn, İraq, Küveyt və Qətər karbohidrogen ixracının 87-95 %-ni Hörmüz boğazı vasitəsilə həyata keçirir. Buna görə də potensial bağlanma bu ölkələrin gəlirlərinə ən çox təsir göstərə bilər. 

2025-ci il daşınma məlumatlarına və neftin bir barelinin 85 dollar olması fərziyyəsinə əsaslanan hesablamalar göstərir ki, boğazın bağlı qaldığı hər həftə üçün bu dörd ölkədə karbohidrogen ixracı gəlirlərində ÜDM-nin təxminən 0,4%-nə bərabər azalma müşahidə oluna bilər.

Nigar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
105
1
cebheinfo.az

2Sources