EN

63 yaşlı kişidən avtomat və narkotik aşkarlanıb

Polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 63 yaşlı Taleh Şükürov saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Salyanda baş verib.

Belə ki, saxlanılan şəxsdən narkotik vasitə olan heroin və metamfetamin, eləcə də 1 ədəd "Kalaşnikov" markalı avtomat aşkarlanıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Chosen
35
17
ucnoqta.az

10Sources