EN

İnfantino: “DÇ-2026 dünyanı bir araya gətirmək üçün əla fürsətdir”

style='margin-bottom:10px;'>

FİFA prezidenti Canni  İnfantino Parisə səfəri çərçivəsində Fransa prezidenti Emmanuel Makron ilə görüşüb.

QOL.az xəbər verir ki, görüş zamanş ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-dan da söz açılıb. Tərəflər futbolun cəmiyyətdəki rolu və qarşıdan gələn mundial barədə fikir mübadiləsi aparıblar.

İnfantino DÇ-2026 haqqında danışarkən bildirib:
“Bu dünya çempionatı hazırda bütün dünyanı birləşdirmək üçün ideal fürsətdir”.

FİFA prezidenti həmçinin Parisdə təşkilatın ofisini ziyarət edib, Fransadakı nümayəndəliyin əməkdaşları ilə görüşüb. Parisdəki qərargah binası üzərində isə FİFA-nın bayrağı qaldırılıb. 

Chosen
152
1
teleqraf.com

2Sources